İnformasiya Texnologiyaları Universiteti tələbə qəbulu elan edir

İnformasiya Texnologiyaları Universiteti tələbə qəbulu elan edir
  31 İyul 2013    Oxunub:3628
TQDK tərəfindən elan olunmuş vaxtda - yəni avqustun 9-dan 15-dək ixtisas seçimi internet vasitəsi ilə aparılacaq.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir. Nazirlikdən AzVision.az-a verilən məlumata görə, İnformasiya Texnologiyaları Universiteti Azərbaycan prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb və 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında «İnformasiya təhlükəsizliyi», «Kompüter elmləri», «Kompüter mühəndisliyi» və «İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi» ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.

Birinci il intensiv şəkildə ingilis dili tədris ediləcək, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.

Nazirlik bildirib ki, 600-dən yuxarı bal toplamış hər bir abituriyent Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 1 noutbuk, Nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı, Universitetin məzunlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması, Universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilməsi və müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) imkanı əldə edəcək.



Teqlər:  





Xəbər lenti