“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat edib

“Qalatasaray”ın əfsanəvi qapıçısı vəfat edib
  07 İyul 2016    Oxunub:1932
“Qalatasaray” klubunun əfsanəvi qapıçısı Turqay Şeren vəfat edib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Şeren səhər saatlarında 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Turqay Sabit Şeren 1932-ci ildə Ankarada doğulub. Futbolçu kimi "Qalatasaray"da yetişən qapıçı elə bütün karyerasını bu komandaya həsr edib. İlk matçına 1949-1950-ci il mövsümündə çıxıb. 1966-1967-ci il mövsümündə karyerasını tamamlayıb. 405 rəsmi matçda çıxış edib. Türkiyə milli komandasında 46 dəfə forma geyib. 1951-ci ildə Qərbi Almaniya ilə Berlində keçirilən və Türkiyənin 2-1 qələbəsi ilə başa çatan qarşılaşmada parlaq oyunundan sonra "Berlin panteri" ləqəbini alıb. 1954-cü il dünya çempionatında Türkiyə milli komandasının qapısını qoruyub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti