Messiyə 21 aylıq həbs cəzası verildi
Futbolçu və onun meneceri olan atası 2013-cü ilin yayından İspaniyada vergidən yayınma maddəsi ilə ittiham olunub. Adları çəkilən hər iki şəxsin 2007-2009-cu illərdə vergi sənədlərini saxtalaşdırmaqla İspaniya büdcəsinə 4.1 milyon avro ziyan vurduğu bildirilib.
Ancaq İspaniya qanunlarına əsasən, cəza 24 aydan az olarsa, şəxslər "dəmir barmaqlıq"lar arxasında qalmayacaqlar. Məhkəmənin qərarına əsasən, Messi 2 milyon avro, atası isə 1.5 milyon avro cərimələnib.
AzVision.az