Baş Prokurorluqdan İmran Cəfərzadənin işi ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan İmran Cəfərzadənin işi ilə bağlı AÇIQLAMA
  31 İyul 2013    Oxunub:1035
“İmran Cəfərzadənin işini araşdırmaq üçün çoxlu sayda mütəxəssis, ekspertlər cəlb olunub”.

AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının DSK sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

Onun sözlərinə görə, Nabranda istirahət mərkəzində baş verən olay dərhal rayon prokurorluğu tərəfindən araşdırılıb.

“Bu işə çoxlu mütəxəssislər, ekspertlər cəlb olundu. Şübhəli bilinən 3 nəfər həbs olundu və haqlarında həbs qətimkan tədbiri seçildi. İmranın artıq işi Respublika Prokurorluğundan alınıb və Ağır Cinayətlər İdarəsinə verilib. Hazırda balaca İmran Almaniyadadır. Onun müalicəsi davam etdirilir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti