Xetaq Qazyumov qızıl medal qazandı

Xetaq Qazyumov qızıl medal qazandı
  03 İyul 2016    Oxunub:2176
Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri davam edir.
Yarışda iştirak edən Azərbaycan yığması ilk medalını qazanıb. 97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla məğlub edən Xetaq, yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baranı 5:0 hesabı ilə yenib.

97 kq

1/8 final - Xetaq Qazyumov - Nobl Jordan (FRA)11:0
1/4 final - Xetaq Qazyumov - Serdar Bone (TUR) 10:0
1/2 final - Kyle Snyder (USA) - Xetaq Qazyumov 1:2
FİNAL - Radoslav Baran (POL) - Xetaq Qazyumov 0:5 (Report.az)

AzVision.az


Teqlər:  





Xəbər lenti