“Mançester Yunayted” erməni futbolçunu aldı

“Mançester Yunayted” erməni futbolçunu aldı
  02 İyul 2016    Oxunub:2215
Ermənistan millisinin yarımmüdafiəçisi Henrik Mxitaryan “Borussiya” ilə müqaviləsini artırmaqdan imtina edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Mxitaryan karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Erməni futbolçu bundan sonra “Mançester Yunayted”də top qovacaq.

Tərəflər 3 illik müqavilə imzalayıb. Mxitaryanın transferi "qırmızı şeytanlar"a 42,5 milyon avroya başa gəlib.

Xatırladaq ki, Mxitaryan futbolçuların versiyasına görə Almaniya çempionatının ən yaxşı oyunçusu (31 oyuna 11 qol və 18 qol ötürməsi edib) seçilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti