Mikayıl Cabbarov rektora şiddətli töhmət verdi

Mikayıl Cabbarov rektora şiddətli töhmət verdi
  30 İyul 2013    Oxunub:1658
Rektor neqativ hallara görə töhmətləndi
İyulun 29-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov vətəndaşların yerlərdə qəbulu məsələləri ilə bağlı Gəncədə olub.

AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüş keçirilib. Görüşdə təhsil müəssisələrinin təmiri və maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmin gün Gəncə Dövlət Universitetində yerli təhsil orqanlarının rəhbərlərinin iştirakı ilə regional müşavirə keçirilmişdir. Tədbirdə Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Samux və Kəlbəcər rayonlarının təhsil şöbələrinin müdirləri iştirak ediblər. Müşavirədə bölgənin təhsillə bağlı problemləri müzakirə edilib, nazirliyin müvafiq qurumlarının və yerli təhsil orqanlarının rəhbərlərinə tapşırıqlar verilib.

Gəncə Dövlət Universitetində imtahan sessiyasının gedişində yol verilmiş neqativ halların qarşısının alınması üçün vaxtında tədbirlər görmədiyinə görə nazir tərəfindən universitetin rektoru Yadigar Əliyevə sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti