Del Boske istefa verdi

Del Boske istefa verdi
  01 İyul 2016    Oxunub:1949
Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Visente Del Boske istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Xəbərə əsasən, 66 yaşlı mütəxəssis istefa ərizəsini yerli Futbol Federasiyasının prezidentinə təqdim edib.

Xatırladaq ki, Del Boske İspaniya yığması ilə 2010-cu ildə Dünya Çempionatının, 2012-ci ildə isə Avropa Çempionatının qalibi olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti