Xanım jurnalistlər futbola baxırmı? - SORĞU
Gözlənilməz nəticələrlə yadda qalan yarışa ölkəmizdə də maraq yüksək səviyyədədir. Azərbaycanda “Avro-2016”nı izləyənlər arasında xanımlar da üstünlük təşkil edir.
AzVision.az mövzunun aktuallığını nəzərə alaraq xanım jurnalistlərdən çempionatı izləyib-izləmədiklərini soruşub
Sputnik.az saytının əməkdaşı Təranə Xudabaxşıyeva Avropa çempionatının oyunlarını izlədiyini deyib.
“İdman jurnalisti kimi sadəcə hadisələri dəyərləndirməyə çalışıram. Onu deyə bilərəm ki, Fransa güclülər və favoritimdir. Bu, Fransanın ev sahibi olması ilə yox, yaxşı oyun sərgiləməsi ilə bağlıdır. Fransadan əlavə Portuqaliyadan da yaxşı nəticə özləyirəm”
Qafqazinfo.az saytının əməkdaşı Günel Əbilova çempionatı izləsə də, oyunlardan həzz ala bilmədiyini söyləyib.
“Sözün düzü, bu il Avropa Çempionatını böyük həyəcanla gözləyirdim. Amma o enerjini ala bilmədim. Mən həmişə çempionatlarda İngiltərəyə azarkeşlik edirəm. Bu dəfə isə Türkiyə və İngltərəni dəstəkləyirdim. Təəssüf ki, bu ölkələr çempionatla vidalaşıblar”.
Report.az informasiya agentliyinin əməkdaşı Samirə Abdullayeva çempionatı mütəmadi izləmədiyini qeyd edib. “İşlərlə əlaqədar başım qarışıq olur, oyunlara baxa bilmirəm. Türkiyəyə azarkeşlik etdiyim üçün yalnız bu komandanın oyununu izləyirdim”
Teleqraf.com saytının əməkdaşı İlhamə Əbülfət “Avro-2016”da İspaniya millisinə azarkeşlik edib.
Musavat.com saytının əməkdaşı Könül İbrahimin isə futbola marağı yoxdur: “Həyat yoldaşım futbol oyunlarını izlədiyi üçün məcburən mən də həmin oyunlara baxmalı oluram. Futboldan anlayışım yoxdur. Buna baxmayaraq, çempionatda Türkiyəni qalib olmasını istəyirdim”.
Aytən Zəhra
AzVision.az