UEFA Cüneyt Çakırı evə yolladı

UEFA Cüneyt Çakırı evə yolladı
  28 İyun 2016    Oxunub:8951
“Avro 2016”da uğurlu idarəçiliyi ilə diqqət çəkən və adı final matçını idarə edəcək hakimlər arasında hallanan türkiyəli referi Cüneyt Çakır turnirin növbəti matçlarına təyinat almayacaq.

AzVision.az-ın məlumatına görə, C.Çakır artıq vətəninə geri dönüb.

.Çakırın “Avro 2016”-nın növbəti oyunlarına təyinat almamasının səbəbi kimi İngiltərənin İslandiyaya məğlub olaraq turnirdən kənarda qalması göstərilir. Belə ki, UEFA İngiltərənin turnirdə mübarizəni davam etdirəcəyi təqdirdə, iki ingilis hakim - Martin Atkinson və Mark Klattenburqdan birini evə göndərəcəkdi. İngiltərənin turnirlə vidalaşması ilə hər iki hakim qitə birinciliyində idarəçiliyə davam edəcək.

Qeyd edək ki, Çakır “Avro 2016”da 3 oyun idarə edib. Bunların ikisi qrup, digər isə 1/8 final görüşü olub. İtaliya-İspaniya matçında göstərdiyi idarəçilik isə hər iki tərəf üçün qənaətbəxş hesab olunmayıb. UEFA isə hələlik matçla bağlı C.Çakırın balını açıqlamayıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti