`Müxalifət partiyaları ilə təmas qurmalıyıq`

`Müxalifət partiyaları ilə təmas qurmalıyıq`
  30 İyul 2013    Oxunub:1079
`Seçki mərhələsində müxalifət partiyaları ilə təmas qaçılmazdır. Bu təmaslara ehtiyac var`.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət və iqtidar partiyaları arasında dialoqun həyata keçirilməsinə ilə bağlı sualı cavablandırarkən bildirib.

PA rəsmisi vurğulayıb ki, bununla bağlı ATƏT-lə danışıqlar aparılır:
`ATƏT-in həmişə olduğu kimi seçkiöncəsi partiya rəhbərləri və siyasi partiya funksionerlərini toplayaraq məşğələlər keçirilməsi və seçkinin keçirilməsi ilə bağlı narahatdoğurucu məsələlər varsa, onların müzakirə olunub qərar qəbul olunması praktikası mövcuddur. Düşünürəm ki, bu ildə bu praktika olacaq`

Ə.Həsənovun sözlərinə görə, seçkiqabağı siyasi partiyalarla xüsusilə də seçkiyə getmək iradəsini ortaya qoymuş siyasi partiya liderləri, rəhbərləri və siyasi partiya funksionerləri ilə görüşlər keçiriləcək.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti