TQDK: `İmtahan cavabları bu gün bilinəcək`

TQDK: `İmtahan cavabları bu gün bilinəcək`
  30 İyul 2013    Oxunub:5524
Abituriyentlər iyulun 31-dən avqustun 12-dək qabiliyyət imtahanı verməlidirlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 28-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanın cavabları bu gün açıqlanacaq.

Bunu AzVision.az-a TQDK mətbuat katibi Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, nəticələr saat 17.00-18.00 radələrində məlum olacaq.

Qeyd edək ki, IV ixtisas qrupu üzrə keçiriləcək imtahanda iştirak etmək üçün 11 793 nəfər ərizə verib.
Abituriyentlərdən 11 019 Azərbaycan bölməsi, 774 nəfər isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7 123 nəfəri oğlan, 4 670 nəfəri isə qızdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 6 605 abituriyent cari ilin məzunları, 4 729 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 53 abituriyent isə xarici ölkə vətəndaşıdır.

IV ixtisas qrupu üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər iyulun 31-dən avqustun 12-dək qabiliyyət imtahanı verməlidirlər.

Mirvari


Teqlər:  





Xəbər lenti