`Avro-2016` - Bu gün kimlər qarşılaşacaq?

`Avro-2016` - Bu gün kimlər qarşılaşacaq?
  27 İyun 2016    Oxunub:1957
Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

AzVision.az-ın məlumatına görə, bu gün keçiriləcək iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.

Günün maraqla gözlənilən matçı İtaliya və İspaniya komandaları arasında keçiriləcək. Oyun 20:00-da başlayacaq.

1/8 final mərhələsinin son oyununda isə İngiltərə və İslandiya yığmaları qarş-qarşıya gələcək. Görüşün start fiti saat 23:00-da veriləcək.

Avropa Çempionatı 1/8 final
27 iyun


20:00. İtaliya - İspaniya

Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun
Əlavə köməkçi-hakimlər: Hüseyin Göçek ve Barış Şimşek (hamısı Türkiyə)
Dördüncü hakim: Martin Atkinson (İngiltərə)
Sent-Denis. "Stad de Frans" stadionu.

23:00. İngiltərə - İslandiya

Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik və Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matej Yuq və Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Karlos Velasko Karbalyo (İspaniya)
Nitsa. Nitsa şəhər stadionu.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti