İlham Əliyev İtaliya prezidentinə başsağlığı verib

İlham Əliyev İtaliya prezidentinə başsağlığı verib
  30 İyul 2013    Oxunub:922
Prezident İlham Əliyev italiyalı həmkarı Ciorcio Napolitanoya başsağlığı verib. Başsağılığında deyilir:

`İtaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Ciorcio Napolitanoya


Hörmətli cənab Prezident, Ölkənizin cənubunda avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
`


Teqlər:  





Xəbər lenti