Möcüzə baş vermədi: Fransa 1/4-də

Möcüzə baş vermədi: Fransa 1/4-də
  26 İyun 2016    Oxunub:1690
Avropa çempionatının səkkizdəbir final mərhələsinin ikinci gününün ilk oyunu Fransa və İrlandiya yığma komandaları arasında keçirilib.
AzVision.az xəbər verir ki, oyunda hesabı İrlandiya millisi açıb. Robert Breydi 11 metrlik cərimə zərbəsindən vurduğu qolla komandasını önə çıxarıb.

İlk hissə irlandların üstünlüyü ilə başa çatıb. Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan fransızlar matçın 58-ci dəqiqəsində istəklərinə çatıblar. Bakari Sanyanın sağ cinahdan ötürməsindən sonra Antuan Qrizman dəqiq baş zərbəsi ilə oyunda tarazlığı bərpa edib – 1:1.

Üç dəqiqə sonra fransızlar hesabda irəli çıxıblar. Adil Raminin mərkəzdən ötürməsindən sonra Oliver Jiru topu başla Qrizmana göndərərək onu zərbə mövqeyinə çıxarıb. Sonuncu isə topu soyuqqanlılıqla ram etdikdən sonra qapını dəqiq nişan alaraq dublunu rəsmiləşdirib – 2:1.

Fransa millisi bu hesabla dörddəbir finala vəsiqə qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti