Britaniya derbisi: Uels 1/4-ə çıxdı

Britaniya derbisi: Uels 1/4-ə çıxdı
  26 İyun 2016    Oxunub:1784
Avropa çempionatının səkkizdəbir final mərhələsində növbəti oyun keçirilib.
AzVision.az xəbər verir ki, ingiltərəli baş hakim Martin Atkinsonun idarə etdiyi görüşdə Uels və Şimali İrlandiya milli komandaları Parisin “Park de Prens” stadionunda qarşılaşıblar.

Uels rəqibinə 1:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. Oyunun 75-ci dəqiqəsində Şimali İrlandiya müdafiəçisi Qaret Makauli Qaret Beylın sol cinahdan ötürməsini dayandırmaq cəhdi öz qapısına qolla nəticələnib.

AzVision.az


Teqlər:





Xəbər lenti