"Avro-2016"da 1/8 final həyəcanı başlayır

"Avro-2016"da 1/8 final həyəcanı başlayır
  25 İyun 2016    Oxunub:2402
Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına start veriləcək.

AzVision.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək.

Günün ilk oyunu İsveçrə və Polşa komandaları arasında olacaq. Matç saat 17:00-da başlayacaq.

Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları üz-üzə gələcək. Oyunun başlama saatı 20:00-dur.

Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçiriləcək. Bu oyunun start fiti saat 23:00-da veriləcək.

Avropa Çempionatı, 1/8 final
25 iyun


17:00. İsveçrə - Polşa
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu

20:00. Uels - Şimali İrlandiya
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Paris. "Park de France"

23:00. Xorvatiya - Portuqaliya
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,
Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Lans. "Boller Delelis" stadionu

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti