Türklər etiraz edir: İtaliya cəzalandırıla bilər

Türklər etiraz edir: İtaliya cəzalandırıla bilər
  23 İyun 2016    Oxunub:3717
Avropa Çempionatında İtaliya millisinin İrlandiya oyununa 8 yeni oyunçu ilə çıxması bu komandanın cəzalandırılmasına səbəb ola bilər.
Bu barədə AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Belə ki, UEFA-nın “Avro-2016”nın keçirilmə qaydalarının 5-ci maddəsində göstərilir ki, “hər bir komanda turnirlə vidalaşması məlum olana qədər ən güclü heyətlə oyunlara çıxmalıdır”.

Türk azarkeşlər İtaliyanın İrlandiya ilə matça qəsdən ikinci heyətlə çıxdığını deyirlər. Onlar buna görə Kontenin komandasının cəzalandırılmasını tələbə edirlər. Sosial şəbəkələrdə İtaliya əleyhinə etirazlar səsləndirilir.

Bu maddə ilə UEFA cəza qərarı verə bilər.

Qeyd edək ki, İtaliya son matçda İrlandiyaya qarşı ehtiyat heyətlə meydana çıxıb. Matç italiyanların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bununla da Türkiyə “Avro-2016”da növbəti mərhələyə çıxmaq şansını itirib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti