İmtahanın nəticələri sabahadək açıqlanacaq

İmtahanın nəticələri sabahadək açıqlanacaq
  29 İyul 2013    Oxunub:960
16 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə görə imtahandan qovulub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 28-də 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

Komissiyadan AzVision.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində aparılıb.

İmtahan bütün binalarda saat 11:00-da başlanıb və 3 saat ərzində aparılıb.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərmiş, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanmış və imtahanın gedişi nəzarətdə saxlanıb.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilmiş, şagirdlərin normal qaydada imtahan vermələri üçün zəruri şərait yaradılmışdır.

İlkin məlumatlara əsasən, müxtəlif binalarda 16 abituriyent müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahanın gedişinə mane olma, köçürmə və buna şərait yaratdıqlarına görə imtahandan xaric edilmiş və nəticələri ləğv olunub.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emal prosesi aparılır. Nəticələrin yaxın iyulun 30-dək elan edilməsi nəzərdə tutulur.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti