Milli Şuradan Tiflisə gedənlər - SİYAHI

Milli Şuradan Tiflisə gedənlər - SİYAHI
  29 İyul 2013    Oxunub:1283
Milli Şuranın Tiflisdə Rüstəm İbrahimbəyovla görüşəcək üzvlərinin siyahısı açıqlanıb.
Bu barədə AzVision.az-a Milli Şuranın üzvü Zəfər Quliyev məlumat verib. O bildirib ki, Milli Şuranın təxminən 15-18 üzvü sabah Tiflisə yola düşəcək. Z.Quliyev görüşdə iştirak edəcək üzvlərdən bir neçəsinin adını açıqlayıb:

“Bunlar Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, Köçəri Nağıbəyli, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, komissiya sədrləri Mehman Əliyev, Gültəkin Hacıbəyli, Nurəddin Mustafayev, Eldar Əliyev, Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev və Zəfər Quliyevdir”.

Qeyd edək ki, Müsavat Partiyasının Divanı partiya başqanı İsa Qəmbərin Tiflisə yola düşməsi ilə bağlı qərar qəbul edib. KXCP sədri Mirmahmud Mirəlioğluna gəlincə isə onun görüşdə iştirak edib-etməyəcəyi dəqiqləşməyib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti