“Qarabağ”ın ilk oyunu Bakıda keçiriləcək

“Qarabağ”ın ilk oyunu Bakıda keçiriləcək
  21 İyun 2016    Oxunub:2574
Çempionlar Liqasının II təsnifat mərhələsində ölkəmizi təmsil edəcək "Qarabağ" klubunun Lüksemburqun "Düdelanj" klubu ilə keçirəcəyi oyunun vaxtı müəyyənləşib.
AzVision.az xəbər verir ki, Qurban Qurbanovun komandası ilk qarşılaşmasını doğma meydanda keçirəcək.

Qarşılaşma iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti saat 21:00-da səslənəcək.

Qeyd edək ki, cavab matçı iyulun 19-da Lüksemburqda keçiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti