F1 Avropa Qran Prisinin kuboku təqdim olundu

F1 Avropa Qran Prisinin kuboku təqdim olundu
  21 İyun 2016    Oxunub:1803
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Azərbaycanda ilk dəfə keçirilən “Formula-1” Avropa Qran Prisindən sonra yarışın rəsmi kubokunu ictimaiyyətə təqdim edib.
AzVision.az-a daxil olan məlumatda bildirilir ki, kubokun dizaynı öndən baxdıqda Azərbaycanın rəmzi sayılan məşəli xatırladır.

Belə ki, içi qızılı qırmızı rəngdə olan lövhə ilə əhatə olunmuş milli xalçadan ibarət gümüşü sütun suyun üzərinə yerləşdirilib. Burada su, özündə qələbəni əks etdirən Xəzər dənizini təmsil edir. Üst hissəsinə gümüş sütunun bərkidildiyi fundament ön üzündə “Formula-1”-in loqosu əks olunur. Kubokun fundamentinin yuxarı hissəsinə Azərbaycan bayrağının rənglərində olan üç halqa qoyulub.

Kubok, forma və dizayn baxımından birlik və tərəqqi konsepsiyası çərçivəsində ərsəyə gətirilib və əsas simvolik milli elementlər olan od, hava və suyun bədii tərənnümü vasitəsi ilə ölkənin mədəni irsi və kimliyini əks etdirmək üçün xüsusi olaraq hazırlanıb. Bununla da, kubok Azərbaycan xalqının inam, güc, birlik və şöhrətini təsvir edən bu elementlərin hamısını özündə birləşdirir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti