`Avro-2016` - Rusiya darmadağın oldu

`Avro-2016` - Rusiya darmadağın oldu
  21 İyun 2016    Oxunub:2559
Futbol üzrə Avropa çempionatında növbəti turun oyunları keçirilib.
AzVision.az xəbər verir ki, ötən gecə çempionatın "B" qrupunda keçirilən iki oyunla növbəti mərhələyə çıxan komandalar məlum olub. Rusiya yığması Uelslə qarşılaşıb. Oyun Uels komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər oyun isə İngiltərə və Slovakiya komandaları arasında keçirilib. Matç qolsuz bərabərliklə bitib.

Bununla da “B” qrupunda mübarizəyə yekun vurulub. Uels və İngiltərə komandaları 1/8 finala vəsiqə qazanıblar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti