Bu gün Avroliqada püşkatma olacaq

Bu gün Avroliqada püşkatma olacaq
  20 İyun 2016    Oxunub:1580
Bu gün Avropa Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

AzVision.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi saat 15:00-da başlayacaq.

Püşkatma nəticəsində 96 cütlük müəyyənləşəcək.

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq hər üç təmsilçimiz – “Qəbələ”, “Neftçi” və “Kəpəz”in də rəqibləri bəlli olcaq.

“Neftçi” və “Qəbələ” səpələnmişlər səbətində yer aldığından bu komandalarımıza nisbətən asan rəqiblər düşəcək.

Səpələnməmişlər səbətində olan “Kəpəz” isə bir qədər güclü komandalara rəqib olacaq.

Avropa Liqası I təsnifat mərhələsi

Səpələnmişlər: HİK (Finlandiya), AEK, "Omoniya” (hər ikisi Kipr), "Neftçi”, "Qəbələ” (hər ikisi Azərbaycan), AİK, "Höteborq” (hər ikisi İsveç), "Slovan”, "Spartak” T (hər ikisi Slovakiya), "Debretsen”, "Videoton” (hər ikisi Macarıstan), "Aktobe” (Qazaxıstan), "Şaxtyor”, "Dinamo” (hər ikisi Belarus), "Ventspils” (Latviya), "Aberdin”, "Harts” (hər ikisi Şotlandiya), "Lokomotiv” (Xorvatiya), "Reykyavik” (İslandiya), "Dila” (Gürcüstan), "Odd” (Noeveç), "Admira” (Avstriya), "Rabotniçki” (Makedoniya), "Vaduts” (Lixtenşteyn), "Kayrat” (Qazaxıstan), "Differdanj” (Lüksemburq), "Şemrok Rovers”, "Sent Patriks” (hər ikisi İrlandiya), "Zaqlebiye”, "Krakoviya” (hər ikisi Polşa), "Linfild” (Şimali İrlandiya), "Stabek” (Norveç), "Beytar”, "Makkabi” Təl-Əviv (hər ikisi İsrail), "Kukesi” (Albaniya), "Levadiya”, "Nomme Kalyu” (hər ikisi Estoniya), "Zimbru”, "Daçiya” (hər ikisi Moldova), "Pünik” (Ermənistan), "Breydablik” (İslandiya), "Şiroki Briyeq” (Bosniya və Herseqovina), "Domjale” (Sloveniya), "Voyvodina”, "Çukariçki” (hər ikisi Serbiya), "Beroe” (Bolqarıstan), "Midtyulland”, "Brondbü” (hər ikisi Danimarka).

Səpələnməmişlər:"Kliftonvill”, "Qlenavon” (hər ikisi Şimali İrlandiya), "Torshavn”, "Runavik”, "Vikinqur” (hamısı Farer adaları), "Buduçnost”, "Bokelj”, "Rudar” (hamısı Monteneqro), "Kəpəz” (Azərbaycan), "Birkirkara”, "Hibernians”, "Baltsan” (hamısı Malta), "Şkendiya”, "Sileks” (hər ikisi Makedoniya), "Valyur” (İslandiya), MTK (Macarıstan), "Spartak” M (Slovakiya), "Nova Qoritsa” (Sloveniya), "Suduva”, "Arlantas”, "Trakai” (hamısı Litva), "Yelqava”, "Spartak” (hər ikisi Latviya), "Rovaniemi”, "Mariehamn” (hər ikisi Finlandiya), "Lusitanos”, "Santa Koloma” (hər ikisi Andorra), "Samtredia”, "Çixura” (hər ikisi Gürcüstan), "Partizani”, "Teuta” (hər ikisi Albaniya), "Sloboda”, "Radnik” (hər ikisi Bosniya və Herseqovina), "Kork Siti” (İrlandiya), "Bala Taun”, "Landudno”, "Konna Kvey” (hamısı Uels), "Europa” (Cəbəllütariq), "Ordabası” (Qazaxıstan), "Jeness”, "Fola” (hər ikisi Lüksemburq), "Fiorita”, "Folqor” (hər ikisi San-Marino), "Şirak”, "Banants” (hər ikisi Ermənistan), "Zarya” (Moldova), "İnfonet” (Estoniya), "Slaviya” (Bolqarıstan).

II təsnifat mərhələsi

Səpələnmişlər: "Genk” (Belçika), "Austriya” (Vyana, Avstriya), "Partizan” (Serbiya), "Makkabi” (Hayfa, İsrail), "Hayduk” (Xorvatiya), "Qrasshoppers” (İsveçrə), "Stromsqodset” (Norveç), "Osmanlıspor” (Türkiyə), "Slaviya” (Çexiya), "Haken” (İsveç), "Panionios” (Yunanıstan), "Maribor” (Sloveniya), həmçinin HİK (Finlandiya), "Makkabi” (Təl-Əviv, İsrail), "Midtyulland” (Danimarka), "Omoniya” (Kipr), "Dinamo” (Belarus), "Neftçi” (Azərbaycan), AEK (Kipr), AİK (İsveç), "Slovan” (Slovakiya), "Videoton” (Macarıstan), "Aktobe” (Qazaxıstan), "Voyvodina” (Serbiya), "Şaxtyor” (Belarus), "Spartak” T (Slovakiya), "Brondbü” (Danimarka), "Debretsen” (Macarıstan), "Höteborq” (İsveç), "Harts” (Şotlandiya), "Ventspils” (Latviya), "Admira” (Avstriya), "Lokomotiv” (Xorvatiya) klublarının yer aldığı cütlər.

Səpələnməmişlər: "İaşi” (Rumıniya), "Levski” (Bolqarıstan), "Pyast” (Polşa), "Torpedo” (Belarus), "Hibernian” (Şotlandiya), "Sonderyuske” (Danimarka), həmçinin "Qəbələ” (Azərbaycan), "Aberdin” (Şotlandiya), "Reykyavik” (İslandiya), "Dila” (Gürcüstan), "Odd” (Norveç), "Rabotniçki” (Makedoniya), "Vaduts” (Lixtenşteyn), "Kayrat” (Qazaxıstan), "Differdanj” (Lüksemburq), "Şemrok Rovers” (İrlandiya), "Sent Patriks” (İrlandiya), "Zaqlebiye” (Polşa), "Krakoviya” (Polşa), "Linfild” (Şimali İrlandiya), "Stabek” (Norveç), "Beytar” (İsrail), "Kukesi” (Albaniya), "Levadiya” (Estoniya), "Nomme Kalyu” (Estoniya), "Zimbru” (Moldova), "Daçiya” (Moldova), "Pünik” (Ermənistan), "Breydablik” (İslandiya), "Şiroki Briyeq” (Bosniya və Herseqovina), "Domjale” (Sloveniya), "Çukariçki” (Serbiya), "Beroe” (Bolqarıstan)

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti