Aqollinin komandasından sürpriz qələbə

Aqollinin komandasından sürpriz qələbə
  20 İyun 2016    Oxunub:3036
Fransada keçirilən Avropa çempionatının qrup mərhələsinin son turu çərçivəsində daha iki oyun keçirilib.
AzVision.az xəbər verir ki, "A" qrupunda Albaniya Rumıniya, Fransa isə İsveçrə ilə qarşılaşıb. Albaniya millisinin start heyətində yer alan “Qarabağ” klubunun müdafiəçisi Ansi Aqolli növbəti dəfə komandasını kapitan sarğısı ilə meydana çıxarıb.

Qarşılaşma Albaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 43-cü dəqiqəsində Albaniyanın futbolçusu Sadiku oyunda hesabı açıb. Oyun elə bu hesabla da başa çatıb. Albaniya yığması qazandığı 3 xal ilə turnirin "play-off" mərhələsinə çıxmaq şanslarını saxlayıb.

Digər qarşılaşmada Fransa İsveçrə bərabərə qalıb. 0-0 bitən oyunda hər iki komanda qrupdan çıxıb. Aktivində 1 xal olan Rumıniya isə qrupda qalıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti