Nazir oğlu qalib pilotları mükafatlandırdı
Yarışda ilk beşliyi tutan pilotlar:
1.Antonio Covinatsi (“Prema Racing”) - 1:56:439
2. Pyer Qasli (“Prema Racing”) - 1:58:275
3. Sergey Sirotkin (“ART Grand Prix”) - 1:57:185
4. Cordan Kinq (“Racing Engineering”) -1:55:793
5. Artyom Markelov (“Russian Time”) - 1:58:678
Finiş xəttini yarışda iştirak edən 22 idmançıdan 15-i keçib.
Qalib pilotları gənclər və idman naziri Azad Rəhimovun oğlu, Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov və digər şəxslər mükafatlandırıb.
Qeyd edək ki, “Prema Racing” klubunun təmsilçisi Antonio Covinatsi GP2 seriyası üzrə ilk yarışlarda qalib gəlmişdi.
Çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.
Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir.
Eldar Tanrıverdiyev
AzVision.az