Pilotların gözünü qorxudan Bakı döngələri – Təəssürat

Pilotların gözünü qorxudan Bakı döngələri – Təəssürat
  19 İyun 2016    Oxunub:2945
"Formula 1" Avropa Qran Prisində mübarizə aparan pilotlar Bakı treki ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
-Sıralama yürüşlərində pilotların 60 %-dən çoxu 3, 4 və 15-ci döngələrdə trekdən kənara çıxdı. Bugünkü yarışın önəmli olduğunu nəzərə alaraq eyni problemdən uzaq dura biləcəksinizmi?

Niko Rouzberq: Bu çox həyəcanverici, həm də çox çətin trekdir. Buna görə də yarış maraqlı olacaq və hesab edirəm ki, bu gün çox şey baş verə bilər.

Serxio Perez: Biz ən maksimal səviyyəyə çıxmağa çalışırıq və bəzən də onu keçməyə cəhd edirik. Həddi aşanda əvəzini ödəmək məcburiyyətində qalırsan. Bunda 2, 3 və ya 15-ci döngənin hər hansı bir rolu yoxdur. Əslində çətin döngələrin bunda birbaşa təsiri yoxdur və sən həddi aşdığın üçün yaranmış mənfi nəticənin zərərini ödəyirsən.

Hesab edirəm ki, bu gün biz bəzi qəza hallarına, səhvlərə şahid olacağıq. Ümid edirəm ki, bu, mən olmayacağam, lakin yerlərdə səhvlərin olması qaçılmazdır. Çünki bu hissələr çox çətindir və biz həmin yerlərdə maksimuma çıxmağa çalışırıq.

Daniel Rikkiardo: Hesab edirəm ki, treki yaxşı hazırlayıblar. Bu, çox çətindir və səhvlərə yol verməyə məcbur qalırsan. Bu, bizə çətinlik törədir, ancaq biz həm də buna görə yarışdan zövq alırıq. Biz çətinlikləri sevirik. Bəzi müasir treklər çox genişdir və orada o qədər də zərər hiss etmirsən. Trekə daxil olan kimi adrenalin yüksəlir. Burada da bir neçə döngədə eyni həyəcanı yaşayırsan. Bilirsən ki, əgər azca əyləcə bassan, onun zərərini dərhal ödəyəcəksən. Bununla yanaşı deyə bilərəm ki, trek təhlükəsizdir. Baxmayaraq ki, baryerlər təhlükəsizcə yerləşdirilib, əgər qəza baş versə, bu sənin yarışını alt-üst edə bilər. Fikrimcə, biz balansı qorumalıyıq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti