`Formula 1`: Avropa Qran Prisinin son yarış günü
1. Niko Rosberq – “Mercedes”
2. Serxio Peres – “Force İndia”
3. Daniel Rikkardo – “Red Bull Racing”
4. Sebastian Fettel – “Ferrari”
5. Kimi Raykonnen – “Ferrari”
6. Felipe Massa – “Uilyams”
7. Daniil Kvyat – “Red Bull Racing”
8. Valtteri Bottas – “Uilyams”
9. Maks Ferstappen – “Toro Rosso”
10. Luis Hamilton – “Mercedes”
İkinci təsnifatdan sonra:
11. Roman Qrojan - "Haas"
12. Niko Hülkenberq - "Force İndia"
13. Karlos Sayns - "Toro Rosso"
14. Fernando Alonso - "McLaren"
15. Estabean Qutyerres - "Haas"
16. Felipe Nasr - "Sauber"
Birinci təsnifatdan sonra:
17. Rio Haryanto - "Manor"
18. Paskal Verlyayn - "Manor"
19. Censon Batton - "McLaren"
20. Markus Erikson - "Sauber"
21. Kevin Maqnussen - "Renualt"
22. Kolion Palmer - "Renault"
GP2 üzrə yarışlar saat 14:00-da, "Formula 1" üzrə yarışlar isə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.
Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görürlər.
Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətindədir. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə bilir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.
Eldar Tanrıverdiyev
AzVision.az