Avropa çempionatında günün nəticələri

Avropa çempionatında günün nəticələri
  19 İyun 2016    Oxunub:1787
Ötən gün futbol üzrə Avropa çempionatında 3 oyun keçirilib.
AzVision.az xəbər verir ki, çempionatın doqquzuncu gününün ilk qarşılaşmasında “E” qrupunda yer alan Belçika və İrlandiya milliləri üz-üzə gəlib.

Oyun Belçika yığmasının 3:0 hesabı ilə qələbəsi ilə başa çatıb. İki turdan sonra hesabında 3 xal olan Belçika yığması 1/8 finala yüksəlmək üçün yaxşı şans əldə edib.

Günün digər oyunu İslandiya və Macarıstan komandaları arasında keçirilib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Günün son qarşılaşmasında Portuqaliya yığması Avstriya millisi ilə üz-üzə gəlib. Matç Portuqaliyanın güclü hücumları ilə başlayıb. Kriştiano Ronaldonun komandası rəqibin qapısı qarşısında bir-birinin ardınca real qol vəziyyətləri yaratsa da, bu imkanlardan yararlana bilməyib.

Qarşılaşmanın 79-cu dəqiqəsində Avstriyanın qapısına penalti zərbəsini təyin olunub. Kriştiano Ronaldo bu fürsəti də əldən verib və oyun 0:0 hesabı ilə başa çatıb. Bununla da Avstriya çempionatda ilk xalını qazanıb.



AzVision.az



Teqlər:  





Xəbər lenti