F1 üzrə sıralama: `Mercedes` birinci oldu (SİYAHI+YENİLƏNİB)

F1 üzrə sıralama: `Mercedes` birinci oldu (SİYAHI+YENİLƏNİB)
  18 İyun 2016    Oxunub:22730
“Formula -1” üzrə sıralama yarışları başa çatıb.

AzVision.az xəbər verir ki, “Mercedes” komandasının üzvü Niko Rosberq 1:42:520-lik nəticə ilə bütün rəqiblərini üstəliyib.

O, sabahkı yarışa startda hamıdan öncə başlayacaq.

“Sahara Force F1 İndia Team” klubunu pilotu S.Perez isə ikinci olub. Sabah baş tutacaq yarışlarda pilotlar bu ardıcıllıqla çıxış edəcəklər:

1. Niko Rosberq – “Mercedes”

2. Serxio Peres – “Force İndia”

3. Daniel Rikkardo – “Red Bull Racing”

4. Sebastian Fettel – “Ferrari”

5. Kimi Raykonnen – “Ferrari”

6. Felipe Massa – “Uilyams”

7. Daniil Kvyat – “Red Bull Racing”

8. Valtteri Bottas – “Uilyams”

9. Maks Ferstappen – “Toro Rosso”

10. Luis Hamilton – “Mercedes”

İkinci təsnifatdan sonra:

11. Roman Qrojan - "Haas"

12. Niko Hülkenberq - "Force İndia"

13. Karlos Sayns - "Toro Rosso"

14. Fernando Alonso - "McLaren"

15. Estabean Qutyerres - "Haas"

16. Felipe Nasr - "Sauber"

Birinci təsnifatdan sonra:

17. Rio Haryanto - "Manor"

18. Paskal Verlyayn - "Manor"

19. Censon Batton - "McLaren"

20. Markus Erikson - "Sauber"

21. Kevin Maqnussen - "Renualt"

22. Kolion Palmer - "Renault"

***

Sıralama yarışlarında ilk sessiya başa çatıb. Nəticələrə əsasən 6 pilot - R.Haryanto, J.Button, P.Wehlein, J. Palmer, K.Magnussen, və M. Ericsson sıralama yarışlarında ikinci sessiya buraxılmayıb.

Artıq sıralama yarışlarının ikinci sessiyası başlayıb.



***

(17:49)

İkinci sessiya artıq yekunlaşıb. Nəticələrə əsasən R.Grosyaen, N.Hülkenberq, C.Saynz, Fernando Alonso, E.Qutyerez və F. Nasr sıralama yarışlarında üçüncü sessiyaya keçə bilməyiblər.

***

Bu gün Bakıda “Formula-1” üzrə dünya çempionatının səkkizinci Avropa Qran-pri yarışlarının sıralama yürüşlərinə start verilib.

AzVision.az xəbər verir ki, sıralama yarışının ümumilikdə bir saat davam etməsi nəzərdə tutulub.

Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu - Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.

Pilotlar hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində dövrə vuracaqlar.

Nadir xüsusiyyətlərə malik Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər.

Layihənin müəllifi bütün müasir “Formula-1” treklərinin memarı olan Herman Tilkedir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti