Türkiyə darmadağın oldu - Yenilənib (VİDEO)

Türkiyə darmadağın oldu - Yenilənib (VİDEO)
  18 İyun 2016    Oxunub:5436
Fransada keçirilən Avropa çempionatı davam edir.
AzVision.az xəbər verir ki, günün sonuncu oyunu İspaniya ilə Türkiyə millisi arasında keçirilir.

Komandalar bu heyətlə meydana çıxıblar:

İspaniya: 13. David de Xea, 3. Jerar Pike, 5. Serxio Buskets, 6. Andres İniyesta, 7. Alvaro Morata, 10. Sesk Fabreqas, 15. Serxio Ramos (k), 16. Xuanfran, 18. Xordi Alba, 21. David Silva, 22. Nolito

Türkiyə: 1. Volkan Babacan, 3. Hakan Balta, 6. Hakan Çalhanoğlu, 7. Gökhan Gönül, 8. Səlçuk İnan, 10. Arda Turan (k), 14. Oğuzhan Özyakup, 15. Mehmet Topal, 16. Ozan Tufan, 17. Burak Yılmaz, 18. Caner Erkin

***

Oyunda hesabı ispanlar açıb. 34-cü dəqiqədə Moratanın qolu ilə İspaniya hesabda önə çıxıb. 37-ci dəqiqədə Türkiyə qapısında ikinci qolu görüb.

Oyunun ilk yarısı İspaniyanın 2:0 üstünlüyü ilə başa çatıb.

***

İspaniya yığması matçda qol sayını 3-ə çatdırıb.

***

Qarşılaşma 3 cavabsız qolla İspaniya millisinin qələbəsi ilə başa çatıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti