Bakı trasında daha bir kuryoz olay - VİDEO
Döngədən sola dönməli olan pilot düz istiqamətdə hərəkət edib və yolun bağlı olduğunu görüb. Pilot dərhal bolidini doğru istiqamətə sürərək mübarizəyə davam edib.
AzVision.az bununla bağlı videogörüntünü təqdim edir.
Qeyd edək ki, “Formula-1” Avropa Qran-prisinin birinci test yürüşü zamanı “Haas” komandasının pilotu Esteban Qutyerres, “Red Bull Racing”in pilotu Daniil Kvayt və "Renault"un pilotu Kevin Maqnussen də eyni aqibətlə üzləşib.
Kənan Məmmədov
AzVision.az