Rusiyanın baş məşqçisi istefa verdi

Rusiyanın baş məşqçisi istefa verdi
  17 İyun 2016    Oxunub:5254
Rusiya millisinin baş məşqçisi Leonid Slutski istefa verib. O, “Avro 2016” başa çatdıqdan sonra tutduğu postdan gedəcək.

AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, istefa qərarını Leonid Slutski özü açıqlayıb.

O, bildirib ki, Rusiya millisinin “Avro-2016”da hansı nəticəni əldə edəcəyindən asılı olmayaraq, tutduğu postdan gedəcək.

Baş məşqçinin bu qərarından sonra Rusiya Futbol Fedarasiyası milli üçün yeni baş məşqçi axtarışlarına başlayıb.

Qeyd edək ki, 45 yaşlı futbol mütəxəssisi 2015-ci ilin avqust ayından Rusiya millisinə rəhbərlik edir. Komandasını "Avro-2016"nın final mərhələsinə çıxarmağı bacaran baş məşqçi, uğurlu işinin davamını gətirə bilməyib. İngiltərə ilə ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan ruslar, ikinci matçda Slovakiyaya 2:1 uduzmaqla qrupdan çıxma şanslarını çətinə salıb.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti