Ukrayna yenə uduzdu

Ukrayna yenə uduzdu
  17 İyun 2016    Oxunub:1702
Bu gün futbol üzrə Avropa çempionatının "C" qrupunda növbəti turun oyunu keçirilib.
AzVision.az xəbər verir ki, Fransanın Lion şəhərində Ukrayna millisi Şimali İrlandiya ilə qarşılaşıb.

Oyunda hesab 49-cu dəqiqədə Şimali İrlandiyanın futbolçusu Qaret Makouli açıb. Matçın ikinci hissəsində stadiona dolu yağması səbəbindən oyun bir neçə dəqiqəlik dayandırılıb.

Görüşün əsas vaxtına əlavə olunmuş son dəqiqələrdə Niall komandasının ikinci topunu vurub. Beləliklə, Ukrayna yığması ikinci oyununda da stadionu məğlub tərk edib.

AzVision.az




Teqlər:  





Xəbər lenti