“Borussiya” Obameyanqı satmaqdan imtina etdi

“Borussiya” Obameyanqı satmaqdan imtina etdi
  11 İyun 2016    Oxunub:1707
“Borussiya”nın hücumçusu Pyer-Emerik Obameyanq növbəti mövsümdə Almaniya təmsilçisinin heyətində olacaq.
AzVision.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Dortmund təmsilçisi 26 yaşlı futbolçunu satmaq niyyətində deyil.

Almaniya təmsilçisi 70 milyon avro müqabilində qabonlu futbolçunu satmayacaqlarını açıqlayıb. Son zamanlar Obameyanqla "Real", "Mançester Siti" və "Mançester Yunayted" yaxından maraqlanır.

Qeyd edək ki, ötən mövsüm "Borussiya"da 49 oyun keçirən Obameyanq 39 qol vurub və 5 məhsuldar ötürmə verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti