`Liverpul`un əfsanəsi futboldan getdi
“Dəstəyə görə hər kəsə təşəkkür edirəm. Bu çox kədərlidir, lakin futbol oynamağı yekunlaşdırmaq barədə qərar daha düzgündür. Mən karyeramla fəxr edirəm”, - deyə futbolçu öz “Twitter” hesabında yazıb.
31 yaşlı futbolçu karyerasını səhhətindəki problemlərlə əlaqədar başa vurub.
Agger doqquz mövsüm “Liverpul”un futbolçusu olub. O, daha əvvəl Danimarkanın “Brondbyu” klublarında oynayıb. Bundan əlavə Agger milli komandanın heyətində 71 oyunda meydana çıxıb.
Eldar Tanrıverdiyev
AzVision.az