Levandovski özünü öldürdü

Levandovski özünü öldürdü
  09 İyun 2016    Oxunub:3669
Almaniayanın “Bayer Leverkuzen” futbol klubunun sabiq baş məşqçisi Saşa Levandovski intihar edib.
AzVision.az-ın məlumatına görə, 44 yaşlı Levandovskinin cəsədi yaşadığı evdə aşkar edilib.

Baş məşqçinin hansı səbəbdən intihar etdiyi məlum deyil.

Yaxınlarının bildirdiyininə görə, Levandovski yorğunluq sindromundan və ürək çatışmazlığından əziyyət çəkirmiş. Ehtimal olunur ki, baş məşqçi şiddətli ağrılara tab gətirməyərək intihar edib.

Qeyd edək ki, S.Levandovski son olaraq Almaniyanın ikinci liqa komandalarından olan “Union Berlin”i çalışdırırdı.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti