Şarapova tennisdən uzaqlaşdırıldı

Şarapova tennisdən uzaqlaşdırıldı
  09 İyun 2016    Oxunub:2111
Rusiyalı tennisçi Mariya Şarapova dopinq qəbuluna görə iki il yarışlardan kənarlaşdırılıb.
AzVision.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Federasiyası (ITF) tərəfindən qərar verilib.

Bildirilib ki, diskvalifikasiyanın vaxtı 2016-cı il 26 yanvar tarixindən hesablanacaq.

Qərara əsasən Şarapova Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki,məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumun xoşməramlı səfiri olan Mariya Şarapova ilə əməkdaşlığa son verib.

AzVision.az


Teqlər:





Xəbər lenti