Van Persi və Nani `Fənərbaxça”dan gedir
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Əziz Yıldırım sərfəli təklif edilərsə, adları qeyd olunan futbolçularla yolların ayrılacağını bildirib.
Bundan başqa Yıldıırm klubla müqaviləsi başa çatan Mehmet Topal və adı “Beşiktaş”la hallanan Gökhan Gönüllə danışqılar aparacaq. Lakin klub adları çəkilən futbolçuların transferində heç bir güzəştə getmək niyyətində deyil.
Klub prezidentinin bu gün baş məşqçi Viktor Pereyra ilə də görüşəcəyi gözlənilir. Görüş nəticəsində protuqaliyalı baş məşqçinin klubda qalıb-qalmayacağı dəqiqləşəcək.
Kənan Məmmədov
AzVision.az