Alonso qol vurdu - Video

  26 May 2016    Oxunub : 1285
Alonso qol vurdu - Video
Hər il Monako QP-dən əvvəl ənənəvi olaraq keçirilən xeyriyyə məqsədli futbol oyununun qalibi Formula-1 sürücüləri olublar.

Formula1-də hər il Monako QP-dən əvvəl xeyriyyə məqsədi ilə futbol oyunu təşkil edilir və bu oyunda məşhurlarla Formula1 sürücüləri iştirak edirlər.

Dünən axşam keçirilən oyunda Monako knyazı II Albertin lideri olduğu və Loris Kapirossi ilə Maks Byaççinin də heyətində olduğu Ulduzlar komandası, Fernando Alonsonun kapitanı olduğu və Massa, Ferstappen Sayns, Nasr və Verlyaynın heyətində olduğu Formula1 komandasına qarşı mübarizə aparıblar. Oyunda sabiq futbolçulardan Uilyam Qallas və Emanuel Peti də iştirak edbləri.

Bu mövsüm İngiltərə Premyer Liqasında Leicester City komandası ilə tarixi çempionluq qazanan Klaudio Ranyeri Ulduzlar komandasına baş məşqçilik edib.

Formula1 komandası oyuna yaxşı başlayıb və qısa müddət ərzində atdıqları qollarla oyunda 3-1 hesablı qələbə qazanıblar. Qollardan ikisi Fernando Alonsodan, biri isə Maks Ferstappendən gəlib.

Alonsonun cərimə zərbəsindən Sebastyan Freyə atdığı qol sosial şəbəkələrdə səs-küyə səbəb olub. İspaniyalı sürücüyə bu qoluna görə sosial şəbəkələrdə “Fernando Alonso deyil, Çabi Alonsodur” şərhləri yazılıb. Maraqlıdır ki, Alonsonun cərimə zərbəsindən vurduğu bir top qapı tirindən qayıtdığı halda, digərini qapıçı son anda qaytara bilib. (f-1.az)


Teqlər: