Portuqaliya Bakıda Avropa çempionu oldu

Portuqaliya Bakıda Avropa çempionu oldu
  22 May 2016    Oxunub:1992
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli oldu.
AzVision.az xəbər verir ki, finalda Portuqaliya və İspaniya milliləri qarşılaşıb.

Paytaxtın “8-ci Kilometr” qəsəbə stadionunda keçirilən görüşdə Portuqaliya daha güclü olub. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Portuqaliya 5:4 hesabı ilə qalib gələrək Avropa çempionu olub.

Mükafatları qaliblərə UEFA rəsmiləri ilə yanaşı AFFA prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimov və digər rəsmi şəxslər təqdim ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti