BP işçisinin meyiti tapıldı

  23 Fevral 2013    Oxunub : 466
BP işçisinin meyiti tapıldı
Əcnəbi vətəndaşın meyiti yaşadığı evdə aşkarlanıb.
Dünən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində BP (British Petrolium) şirkətinin vəzifəli əməkdaşının meyiti tapılıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, Zərifə Əliyeva küçəsi 49, mənzil 12 ünvanında yaşayan Böyük Britaniya vətəndaşı 1962-ci il təvəllüdlü Arnold Brandın meyiti elə yaşadığı ünvanda tapılıb.

Meyit ekspertizaya göndərilib. Ölümün səbəbi hələlik məlum deyil. Faktla əlaqədar Səbail rayon Prokurorluğunda araşdırmalar aparılır.

Teqlər: