Siyasi məhbus baş nazir olacaq
Qeyd edək ki ,bir ay öncə solçu müxalifət liderinə qarşı sui-qəsd Tunisdə islamçı hakimiyyətə qarşı kütləvi etirazlara səbəb olub. Bu etirazların qarşısında baş nazir Həmədi Cəbali istefa verməyə məcbur qalıb və hökumət buraxılıb. Əksəriyyət, hakim Nahda partiyasını qətlin qarşısını ala bilməməkdə günahlandırır.
Bununla yanaşı bəzi Tunislilər daxili işlər naziri Laarayedi də müxalifət liderini qoruya bilməməkdə və ya onun qatillərini aşkar edə bilməməkdə qınayırlar.
Qeyd edək ki, Laarayed keçmiş Tunis diktatoru Ben Alinin dövründə 10 ildən çox həbsdə olub. Bir müddət əvvəl isə hazırki Tunis prezidenti Münsif Mərzuki kabineti formalaşdırmağı ona həvalə edib. Lakin hər şeydən əvvəl onun namizədliyi baş assambleyada təsdiq edilməlidir.
Teqlər: