Güləşçilər arasında kütləvi dava - Silah çəkildi (VİDEO)
Yarışda məğlub olan idmançı dağıstanlı rəqibinə hücum edib, sonra nümayəndə heyətləri və azarkeşlər də davaya qoşulub. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Dava iştirakçılarından biri silahlı olub. Rusiya Daxili İşlər Nazirliyi Belqorod vilayəti üzrə İdarəsinin mətbuat katibi Aleksey Qonçaruk yarış salonuna silah keçirilməsi faktının araşdırılacağını bildirib. O, hadisəni törədən idmançının kimliyini açıqlamaqdan imtina etsə də, həmin şəxsin Çeçenistan təmsilçisi Bekxan Ependiyev olduğu ehtimal edilir.
Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili isə dava təşəbbüskarının ömürlük diskvalifikasiya oluna biləcəyini bildirib. (Apa)
AzVision.az