Millimizin yeni heyəti açıqlandı - ADLAR

Millimizin yeni heyəti açıqlandı - ADLAR
  17 May 2016    Oxunub:2445
Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışı keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
AzVision.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki 29 futbolçuya dəvət göndərib.

Prosineçki ən çox “Qarabağ” və “Qəbələ”nin futbolçularına dəvət göndərib.

Millimizin heyətində 3 əcnəbi də var. Bunlar müvafiq olaraq Almaniya, İspaniya və Türkiyədə çıxış edən Dmitri Nazarov, Eddi İsrafilov və Ufuk Budakdır.

Millimizin yeni heyəti aşağıdakı kimidir:

Qapıçılar: Səlahət Ağayev (“Sumqayıt), Kamran Ağayev (“İnter”), Anar Nəzirov (“Zirə”).

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev (hamısı “Qəbələ”), Adil Nağıyev (“Zirə”), Tərlan Quliyev (“Kəpəz”), Ufuk Budak (“Qaziantep BB”, Türkiyə).

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Əfran İsmayılov (hamısı “Qarabağ”), Elvin Camalov (“Qəbələ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi “Neftçi”), Elvin Məmmədov, Vüqar Mustafayev (hər ikisi “Zirə”), Namiq Ələsgərov (“Kəpəz”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Eddi İsrafilov (“Kordoba”, İspaniya), Murad Səttarlı (AZAL).

Hücumçular: Rəşad Eyubov (“Qəbələ”), Ağabala Ramazanov, Amil Yunanov (hər ikisi “Sumqayıt”), Ruslan Qurbanov (“Neftçi”).

AzVision.az


Teqlər:





Xəbər lenti