Millimiz bir qolla bir xal qazandı

Millimiz bir qolla bir xal qazandı
  09 May 2016    Oxunub:1556
Mayın 8-də Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının “A” qrupunda ikinci turun növbəti matçı oynanılıb.
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası 8-ci kilometr qəsəbə stadionunda ikinci matçını Belçikaya qarşı keçirib.

Millimiz oyunun birinci hissəsini qolsuz başa vurub. Qarşılıqlı mübarizə şəraitində keçən görüşün ikinci yarısında isə əvvəlcə Belçika hesabı açıb. Bongiovanni 72-ci dəqiqədə qonaqları hesabda irəli çıxarıb. Bu qoldan beş dəqiqə sonra Azərbaycan yığması Murad Mahmudovun qolu ilə hesaba bərabərlik gətirməyi bacarıb. İkinci hissədə komandamız bir sıra qol imkanı yaratsa da fərqlənə bilməyiblər. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti