Çunayev erməni idmançını uddu - `Rio-2016`ya lisenziya qazandı (Video)
1/4 mərhələdə polşalı David Kareçinskiyə 6:1 hesabı ilə qalib gələn Rəsul Çunayev yarımfinalda Fransanı təmsil edən erməni əsilli idmançı Artak Marqaryanı böyük hesabla – 8:0 məğlub edib. Bununla o, Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Azərbaycanlı pəhləvanın qızıl medal uğrundakı rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq.
**
Azərbaycanın yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində xorvatiyalı rəqibi Dominik Etlingeri 19 saniyəyə məğlub edib.
AzVision.az xəbər verir ki, görüşün əvvəlində güləşçimiz rəqibinin kürəyini döşəyə sıxaraq, təmiz qələbə qazanıb.
Çunayevin 1/8 finaldakı rəqibi belaruslu Pavel Lyax olacaq.
Digər təmsilçisimiz Şalva Qadabadze mübarizəyə 1/8 finaldan qoşulacaq. 98 kq çəki dərəcəsində yarışan Qadabadze ilk görüşündə avstriyalı Daniel Qastla üz-üzə gələcək.
Qeyd edək ki, Türkiyədə keçirilən II Dünya Təsnifat Turniri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
İlkin Nəcəfzadə
AzVision.az