Fatih Terim “Qalatasaray”ın təklifini rədd etdi

Fatih Terim “Qalatasaray”ın təklifini rədd etdi
  06 May 2016    Oxunub:2465
Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Qalatasaray”ın baş məşqçilik təklifini rədd edib.
AzVision.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, klub prezidenti Dursun Özbəklə görüşən F.Terim Türkiyə millisi ilə “Avro 2016”ya hazırlaşdığını əsas gətirərək təklif mədəni şəkildə rədd edib.

Terimdən rədd cavabı alan klub prezidenti əcnəbi baş məşqçilərlə masaya oturmağa hazırlaşır.

Qeyd edək ki, klubun baş məşqçilik postuna namizədlər arasında Lucien Favre və Mirça Luçeskunun da adı hallanır.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti