Avroliqada finalçılar məlum oldu

Avroliqada finalçılar məlum oldu
  06 May 2016    Oxunub:1420
Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Turnirin son qalibi “Sevilya”nın qonağı olan “Şaxtyor” 3:1 hesabı ilə məğlub olub. İki görüşün nəticəsinə görə İspaniya təmsilçisi finala vəsiqəni təmin edib.

Digər İspaniya klubu “Vilyareal” isə “Liverpul”un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, “Sevilya” və “Liverpul” klubları Avropa Liqasının qalibi uğrunda mübarizə aparacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti