Prezidentdən Sultana məktub

Prezidentdən Sultana məktub
  23 Fevral 2013    Oxunub:1774
Azərbaycanla Buruney-Darüssalam arasındakı əlaqələr inkişaf edir
Prezident İlham Əliyev Bruney-Darüssalamınmilli bayramı münasibətilə bu ölkənin sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu göndərib. Məktubda deyilir:
Əlahəzrət,
Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Bruney-Darüssalamın dost xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Teqlər:





Xəbər lenti